×
A
A
A
Sazlamalar

Hollivud ulduzu Conni Depp yenidən “Sauvage” ətrinin siması olacaq

Bakı, 10 avqust, AZƏRTAC

Keçmiş həyat yoldaşı Amber Heard üzərində məhkəmədə qalib gəldikdən sonra “Dior” şirkəti aktyor Conni Depplə müqaviləni uzadıb. Şirkətlə Hollivud ulduzu arasında olan qonorar məbləği yeddi rəqəmlidir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Conni Depp “Dior” şirkəti ilə yeni müqavilə imzalayıb. Aktyor 2015-ci ildə siması olduğu “Sauvage” kişi ətrini yenidən təmsil edəcək. Yeni müqavilə bir neçə il üçün nəzərdə tutulub.
“Dior” rəhbərliyi və məşhur fotoqraf Qreq Uilyams Parisdə C.Depp və Ceff Bekin konsertinə qatılıblar və daha sonra müqavilə imzalayaraq, reklam çəkiblər.
Qeyd edək ki, Conni Depp və Amber Heard arasındakı məhkəmə çəkişməsi zamanı “Dior”un “Sauvage” ətrinə tələbat ikiqat artıb.

Mədəniyyət 2022-08-11 05:09:00