Serbiyanın təbii qaz rezervləri ölkə tarixində ən yüksək səviyyəyə çatıb
Belqrad, 11 avqust, AZƏRTAC
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin təbii qaz rezervlərinin tarixin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç sosial media hesabında 262 milyon kubmetr təbii qazın Serbiyadakı, 200 milyon kubmetr qazın isə Macarıstandakı yeraltı anbarlara vurulduğunu bildirib.
Qaz ehtiyatlarının yalnız Serbiyanın istifadəsi üçün ayrıldığını vurğulayan A.Vuçiç deyib: “Əminəm ki, Serbiya vətəndaşlarını qarşıda daha soyuq qış gözləyir”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır
Dubayda dünyanın ilk üzən məscidi tikiləcək
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir