×
A
A
A
Sazlamalar

Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb VİDEO

İstanbul, 10 avqust, AZƏRTAC
Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.
Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində baş verib.
Qəza ilə bağlı hələ açıqlama verilməyib.
Faktla bağlı araşdırma başladılıb.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-10 22:40:00

Video