×
A
A
A
Sazlamalar

Üzüm ömrü uzadır

Bakı, 10 avqust, AZƏRTAC

Uzun ömür sürmək istəyənlər üçün ən uyğun məhsullardan biri üzümdür. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, Qərbi Yeni İngiltərə Universitetinin alimləri sübut ediblər ki, bu giləmeyvə ömrün davamlılığını 5 il artırır.
Tədqiqatçılar müəyyən ediblər ki, əgər biz hər gün yüksək yağlı qidalar qəbul etsək və eyni zamanda təxminən iki fincan üzüm yesək, bu, qaraciyər yağlanması deyilən xəstəlik riskini azaltmağa kömək edər və ömrün 4-5 il uzanmasına səbəb olar. Məlum olub ki, digər faydalarla yanaşı üzüm gen ekspressiyasına təsir göstərir. Tərkibində antioksidantların səviyyəsini artıran maddələr var. Bu, cavanlaşmağa və orqanizmdə yaşla bağlı prosesləri yavaşlatmağa kömək edir.
Beyində gen ekspressiyasına gəlincə, laboratoriya siçanları üzərində aparılan sınaqda göstərildiyi kimi zehnə faydalı təsir göstərir. Düzdür, onların nəticələri heç də həmişə insanlar üzərində əlavə tədqiqatlarla təsdiqlənmir, lakin artıq əldə edilmiş nəticələri müsbət kimi qəbul etmək olar. Üzüm uzun müddətdir ki, tərkibində yüksək səviyyədə antioksidantların olmasına görə planetimizdə ən faydalı qidalardan biri hesab olunur.
Orqanizmdə oksidləşdirici stres qocalmanın və bir sıra patoloji proseslərin inkişafının səbəbidir. Oksidləşdirici stresin və sərbəst radikallar adlanan molekulların təsirlərini azaltmaq üçün antioksidantlara ehtiyacımız var. Üzüm onların yüksək səviyyəsini təmin edir, onun tərkibində resveratrol adlı faydalı komponent də var.

Sağlamlıq klubu 2022-08-10 18:39:00