×
A
A
A
Sazlamalar

Aktrisa Zazi Bitç yenidən "Coker-2" filmində rol alıb

Bakı, 10 avqust, AZƏRTAC

Rejissor Todd Phillipsin çəkdiyi “Coker” filminin əsas bölümündə aktrisa Zazi Bitç oynadığı Sofi Dumont rolunu təkrar canlandırmaq üçün “Coker-2” filmində çəkiləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, çəkilişləri 2022-ci ilin dekabrına planlaşdırılan film 2024-cü il oktyabrın 4-də kütləvi nümayişə buraxılacaq. Coker kimi tanınan Artur Flek roluna görə Oskar alan Hollivud aktyoru Xoakin Feniks də yenidən “Coker-2” filmində baş rola çəkiləcək.
Qeyd edək ki, “Coker” filmi dünya üzrə 1,7 milyard dollar gəlir əldə edərək, indiyə qədər ən çox kassa gəliri toplayan filmlər siyahısında yer alıb. Ekran əsəri ən yaxşı soundtrek və ən yaxşı kişi roluna görə iki "Oskar" alıb.

Mədəniyyət 2022-08-10 18:31:00