×
A
A
A
Sazlamalar

“Georg-Büchner 2022” mükafatı türk yazıçıya veriləcək

Bakı, 10 avqust, AZƏRTAC

Almaniyanın və almandilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı olan “Georg-Büchner 2022” Almaniyada yaşayan türk əsilli yazıçı, teatr aktrisası və rejissoru Emine Sevgi Özdamara veriləcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sözügedən mükafat yazıçıya noyabrın 5-də Darmstadtda keçirilən təqdimetmə mərasimində təqdim ediləcək.
Qeyd edək ki, “Georg-Büchmer”in mükafat fondu 50 min avrodur.

Mədəniyyət 2022-08-10 18:16:00