×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, avqustun 4-8-də keçirilmiş vakansiya seçimində 5 min 234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Elm və təhsil 2022-08-10 12:10:00