“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüş təşkil olunub
Bakı, 10 avqust, AZƏRTAC
“Süni intellekt və data elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətədavamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, onlayn formatda baş tutan görüşdə spiker qismində Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə çıxış edib. O, hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu qeyd edərək sözügedən təlim haqqında fikir və təcrübələrini iştirakçılarla bölüşüb, dünya ölkələrində yaranan startaplardan, akselerasiya mərkəzlərindən məlumat verib. Günay Kazımzadə tələbələrlə karyera məsləhətləri haqqında da danışıb.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib