×
A
A
A
Sazlamalar

Tərtərdə gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə təlim təşkil edilib

Tərtər, 9 avqust, AZƏRTAC

“Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində Tərtərdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev tərəfindən keçirilən təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumat verilib, gender bərabərliyindən danışılıb və müzakirələr aparılıb.
Təlim qrup məşğələləri ilə davam edib.
Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.

Regionlar 2022-08-09 19:45:00