×
A
A
A
Sazlamalar

FHN: Yevlax şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib

Bakı, 9 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2022-08-09 19:32:00