×
A
A
A
Sazlamalar

Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirilib

Bakı, 9 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, muğam ustadı Zabit Nəbizadə və tələbələri ilə görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, rəngarəng konsert proqramı ilə çıxış edən Xalq artisti Zabit Nəbizadə və tələbələrinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mədəniyyət 2022-08-09 18:52:00