×
A
A
A
Sazlamalar

Astara və Lerikdən olan Vətən müharibəsi şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil olunub

Astara, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Astarada bu rayondan və Lerikdən olan Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət“ adlı yay düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə rayondakı bulvarı ziyarət edərək, buradakı istirahət məkanlarının birində yaradılmış geniş əyləncə imkanlarından istifadə ediblər. Daha sonra təqdim olunan müxtəlif musiqi nömrələri, restoranda yemək və digər əyləncələr uşaqların ürəyincə olub. Şəhid ailələrinin övladlarının asudə vaxtının səmərəli təşkili məqsədi daşıyan düşərgədə 40-a yaxın şəhid uşağı iştirak edib.
Qeyd edək ki, “Əmanət“ yay düşərgəsi Lənkəran, Cəlilabad, Masallı və sonuncu olaraq Astara rayonunda təşkil edilib.

Regionlar 2022-08-09 17:43:00