×
A
A
A
Sazlamalar

Göyçayda əhalinin sayı 123 min 389 nəfərə çatıb

Göyçay, 9 avqust, AZƏRTAC
Göyçay rayonunda cari ilin birinci yarısında əhalinin sayı 383 nəfər artaraq 123 min 389 nəfərə çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, əhalinin 37 min 303 nəfəri və ya 30,2 faizi şəhərdə, 86 min 86 nəfəri və ya 69,8 faizi kəndlərdə yaşayır. Sakinlərin 50,1 faizi kişilər, 49,9 faizi isə qadınlardır.
Qeyd edək ki, əhalinin hər min nəfərinə doğum səviyyəsi 12,4 nəfər, ölüm səviyyəsi isə 6,7 nəfər təşkil edir.
2022-ci ilin yanvar-iyun aylarında daimi yaşamaq üçün 41 nəfər gələn, 6 nəfər gedən qeydə alınıb.

Regionlar 2022-08-09 16:46:00