×
A
A
A
Sazlamalar

Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib

Bakı, 9 avqust, AZƏRTAC

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib. Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır.

Səhiyyə 2022-08-09 15:42:00