×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda 12 nəfərin zəhərlənməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri nəticəsində 12 nəfərin yüngül dərəcədə zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə 2022-08-09 15:08:00