×
A
A
A
Sazlamalar

Muzdla işləyənlərin 7,6 faizi tikinti sektorunda məşğul olub

Bakı, 9 avqust, AZƏRTAC

Cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 720 min nəfər olub, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 7,6 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışıblar.

Tikinti̇ 2022-08-09 14:59:00