Yeddi ayda əsas kapitala 7,3 milyard vəsait yönəldilib
Bakı, 9 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb