×
A
A
A
Sazlamalar

ÜDM-nin 3,8 faizi tikinti sahələrinin payına düşüb

Bakı, 9 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ÜDM istehsalının 7,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi isə tikinti sahələrinin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Tikinti̇ 2022-08-09 14:39:00