×
A
A
A
Sazlamalar

Səyyar “ASAN xidmət” Şərqi Zəngəzurda vətəndaşlara xidmət göstərib VİDEO

Zəngilan, 9 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Avqustun 9-da səyyar “ASAN xidmət” Şərqi Zəngəzurda Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib. Belə ki, avqustun 4-də Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə isə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. “ASAN xidmət” əməkdaşları tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə səyyar “ASAN xidmət” vasitəsilə xidmət göstərilir.
Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Regionlar 2022-08-09 13:01:00

Video