×
A
A
A
Sazlamalar

Heydər Əliyev Su Anbarı ətrafında təmizlik aksiyası təşkil olunub

Naxçıvan, 9 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən gənclərin iştirakı ilə Heydər Əliyev Su Anbarı ətrafında təmizlik aksiyası təşkil olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiyaya start verilməmişdən əvvəl çıxış edənlər Beynəlxalq Gənclər Günü ərəfəsində bu səpkidən tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, könüllü fəaliyyət əsasında birləşən gənclərimiz öyrənmək və öyrətmək istəyi, qayğıkeş və vətənpərvər davranışları, aktivliyi, bir sözlə, nümunəvi addımları ilə seçilirlər. Onların davamlı iştirakı ilə təşkil olunan təmizlik aksiyaları təbiətə olan sevgidən, ətraf mühitə olan həssas münasibətdən irəli gəlir.
Sonra 35 gəncin iştirakı ilə təmizlik aksiyası keçirilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Regionlar 2022-08-09 12:19:00