×
A
A
A
Sazlamalar

Rusiyanın daşıyıcı raketi İran peykini orbitə çıxarıb

Moskva, 9 avqust, AZƏRTAC

“Soyuz-2.16” daşıyıcı raketi İranın sifarişi ilə hazırlanmış Yerin məsafədən zondlaşdırılması üçün nəzərdə tutulan “Xəyyam” peykini və 16 kiçik aparatı kosmosa çıxarıb.
AZƏRTAC xəbər verir ki, göyərtəsində peyklər olan “Soyuz” daşıyıcı raketi bu gün səhər “Baykonur” kosmodromundan havaya qalxıb. Raketin “Freqat” yedək bloku aparatları açıq kosmosda lazımi orbitlərdə yerləşdirəcək.
İran peyki ilə yanaşı, orbitə elmi-texniki tədqiqatlar üçün nəzərdə tutulmuş Rusiya aparatları da çıxarılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-08-09 12:16:00