×
A
A
A
Sazlamalar

Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mübarizəyə uğurla başlayıblar VİDEO

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mübarizəyə uğurla başlayıblar.
AZƏRTAC xəbər verir ki, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3:0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyiblər.
Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.

İdman 2022-08-09 11:51:00

Video