×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi Bakıda Türkmənistan yığması ilə yoldaşlıq oyunları keçirəcək

Bakı, 9 avqust, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək Türkmənistan millisi ilə üz-üzə gələcək.
Oyunlar avqustun 17-də və 19-da Bakı İdman Sarayında keçiriləcək.

 

İdman 2022-08-09 11:21:00