×
A
A
A
Sazlamalar

Tbilisidən Batumi, Kutaisi, Zuqduqi və Poti istiqamətində gedən qatarların hərəkəti dayandırılıb

Tbilisi, 9 avqust, AZƏRTAC
Avqustun 9-dan etibarən Tbilisidən Batumiyə, Kutaisi, Zuqduqi və Poti istiqamətində gedən qatarların hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.
Bildirilir ki, qatarların hərəkəti yeni xətlərə keçidlə bağlı dəmir yollarında aparılan texniki işlər səbəbindən dayandırılıb.
Batumi və digər üç istiqamətdə getmək istəyənlər üçün qatarlar Xaşuri və Borjomidən hərəkət edəcək.
Tbilisidən qatarların hərəkətinin avqustun 12-dən bərpa olunacağı gözlənilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-08-09 11:04:00