×
A
A
A
Sazlamalar

Millimiz “Sabah” ilə yoxlama oyununda qələbə qazanıb

Bakı, 9 avqust, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, “Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.
İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurublar.

İdman 2022-08-09 10:45:00