×
A
A
A
Sazlamalar

Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalı artıb

Ağcabədi, 9 avqust, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.
Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ilin yanvar-iyul aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin yeddi ayında rayonda 13 min 351 sentner ət, 120 min 272 sentner süd, 2750 sentner yun və 2733 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 30,4 faiz, yumurta istehsalı 8,8 faiz, yun istehsalı isə 28,5 faiz çoxalıb.

Kənd təsərrüfatı 2022-08-09 10:44:00