×
A
A
A
Sazlamalar

Nizami rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Nizami rayonunda Babək prospekti, NZS qəsəbəsi, Y.Səfərov küçəsində fiziki şəxs Həsənov Rafiq Süleyman oğluna məxsus “Göyçə təndiri” kulinar məmulatların istehsalı və satışı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Müəyyən edilmiş nöqsanlarla əlaqədar müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial 2022-08-09 10:18:00