×
A
A
A
Sazlamalar

“Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Beyləqan, 9 avqust, AZƏRTAC

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib. Gənclərin və Mərkəzdə fəaliyyət göstərən dərnəy üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb, narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini bildiriblər.
Tədbir “Narkotik səni bir dəfə, doğmalarını isə hər gün öldürür” adlı qısametrajlı videoçarxın nümayişi ilə davam etdirilib.
Sonda məktəblilərlə mövzu ətrafında diskussiyalar aparılıb, narkomaniyanın törətdiyi fəsadlara dair məlumatlılıq səviyyəsini yoxlamaq məqsədilə yazılı anket sorğusu keçirilib.

Regionlar 2022-08-09 08:20:00