×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarındakı rəqibləri müəyyənləşib

Bakı, 9 avqust, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İtaliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, oyunlar avqustun 27-dən sentyabrın 5-dək təşkil olunacaq.

 

İdman 2022-08-09 03:29:00