×
A
A
A
Sazlamalar

Assosiasiya sədri V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvət edilib

Konya, 8 avqust, AZƏRTAC

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə dəvət alıb.
AZƏRTAC xəbər verir ki, Konya Böyükşəhər bələdiyyəsinin təşəbbüsü ilə gerçəkləşən dəvət əsasında Assosiasiya sədri Təmraz Tağıyev avqustun 9-da açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, avqustun 9-18-də gerçəkləşəcək oyunlarda dünyanın 56 ölkəsindən 3000-ə yaxın idmançı öz qüvvəsini sınayacaq.
Tarixi, mədəniyyəti, insanları və sahib olduğu bütün xəzinələri ilə bənzərsiz bir dəyərə malik olan Konya həm də investisiyalar sayəsində möhtəşəm bir idman şəhəridir.
Beşinci İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya

Cəmiyyət 2022-08-08 22:15:00