×
A
A
A
Sazlamalar

Aşura günündə Bərdədə 70 nəfər könüllü qan verib

Bərdə, 8 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Avqustun 8-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad ediblər. Mərkəzi Qan Bankının Bərdə bölməsində qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyada Bərdə ilə yanaşı, ətraf rayonlardan olan sakinlər də iştirak ediblər. Aksiya zamanı 70 nəfər könüllü olaraq qan verib.
Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.

Regionlar 2022-08-08 19:01:00