×
A
A
A
Sazlamalar

Aşura günü ilə bağlı qanvermə aksiyasında 1 893 nəfər iştirak edib

Bakı, 8 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən avqustun 8-də - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları keçirilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.
Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.
Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

Səhiyyə 2022-08-08 18:47:00