×
A
A
A
Sazlamalar

Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 25,8 faiz artıb

Bakı, 8 avqust, AZƏRTAC

Bu ilin ilk altı ayı ərzində digər növ yüklərdə olduğu kimi Bakı Limanı vasitəsilə daşınan vaqonların sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan vaqonların sayı 25,8 faiz artaraq 18 min 376 ədəd olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqon yükləri Bakı Limanın illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalını vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac olmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir.
Terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və sair nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

Nəqliyyat 2022-08-08 18:20:00