×
A
A
A
Sazlamalar

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüşlər davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüşlər davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.
Avqustun 8-də Xaçmaz və Siyəzən rayonlarında keçirilən görüşlərin məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirmək olub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyevanın iştirak etdiyi görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub və verilən suallar cavablandırılıb.

Elm və təhsil 2022-08-08 18:09:00