×
A
A
A
Sazlamalar

Bu il Qaxda 727 hektarda təkrar qarğıdalı əkini aparılıb

Qax, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Taxıl biçini başa çatdıqdan sonra bu il Qax rayonunun təsərrüfatlarında 317 hektarı dən, 410 hektarı yaşıl yem üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, təkrar əkinlər əsasən, Qax Aqroparkının, həmçinin Qorağan, Tasmalı və Qaxingiloy kəndlərinin ərazilərində aparılıb.
Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın yaşıl yemə olan tələbatını tam təmin etmək, eyni zamanda, məhsul istehsalını artırmaq üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Sektor müdiri bildirib ki, ötən il Qax rayonunun təsərrüfatlarında 215 hektarı yaşıl yem, 586 hektarı dən üçün olmaqla, 801 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Torpaq mülkiyyətçiləri təkrar qarğıdalı əkinlərindən 6450 ton yaşıl yem və 2637 ton dənlik məhsul əldə ediblər.

Kənd təsərrüfatı 2022-08-08 18:00:00