×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda baş vermiş qəza nəticəsində avtobusdakı sərnişin hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-də saat 7 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri M.Vəliyev 164 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu E.Mürşüdovun sürdüyü “Hyundai” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində E.Mürşüdovun sərnişini Sevinc Mürşüdova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-08-08 16:00:00