×
A
A
A
Sazlamalar

“Azərsu”nun birinci müavini Qusarda vətəndaşlarla görüşəcək

Bakı, 8 avqust, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov avqustun 17-də Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Görüşdə COVID-19 xəstəliyinə qarşı 3-cü doza (“buster” doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin (012) 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və “[email protected]” elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət etməlidirlər.

İqtisadiyyat 2022-08-08 14:59:00