×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur

Bakı, 8 avqust, AZƏRTAC
Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.

Ordu 2022-08-08 13:17:00