×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Londonda yerləşən səfirliyimizə edilən hücum vandallıqdır

Bakı, 8 avqust, AZƏRTAC
Londonda yerləşən səfirliyimizə edilən hücum vandallıqdır.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib: “Bizim bayrağımıza edilən hərəkət bütün Azərbaycana hörmətsizlikdir. Biz bununla bağlı bəyanat yayaraq xarici ölkələrin müvafiq qurumlarına göndərdik. Böyük Britaniya müstəqil dövlət olduğu üçün bu hadisənin baş verməsi şübhə doğurur. Səfirliyimizə edilən hücumun arxasında bizim uğurumuzu həzm edə bilməyən qüvvələr dayanır”.

Din 2022-08-08 12:37:00