×
A
A
A
Sazlamalar

Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Hadisə 2022-08-08 09:53:00