×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Bakı, 7 avqust, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovina, Ukrayna, Ekvador, Rumıniya, Gürcüstan və Türkiyədən olan üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyiblər.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilir.
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyirik. Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkətlər qətiyyən yolverilməzdir”,- deyə üzvlərin açıqlamasında deyilir.

Siyasət 2022-08-07 19:54:00