×
A
A
A
Sazlamalar

İƏT Azərbaycanın Londondakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb

Qahirə, 7 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “İƏT-in Baş Katibliyi radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı zorakılıq və qəbuledilməz hücum aktını pisləyir. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Siyasət 2022-08-07 19:17:00