×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 469 yoluxma faktı qeydə alınıb

Bakı, 7 avqust, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 469 yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 801 min 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 789 min 34 nəfər müalicə olunaraq sağalıb, 9 min 760 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 145 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 603, bu günə qədər isə ümumilikdə 7 milyon 69 min 761 test icra olunub.

Səhiyyə 2022-08-07 18:16:00