Sumqayıt bulvarında “Sağlam həyat günü”nə həsr olunan tədbir təşkil edilib
Sumqayıt, 7 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Bulvarı ərazisində yerləşən açıq tipli idman qurğusunda “Sağlam həyat günü”nə həsr olunan tədbir keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, avqustun 7-də təşkil olunan tədbirdə bütün yaş kateqoriyalarını təmsil edən 50-dən artıq şəhər sakini, xüsusən də uşaq və gənclər iştirak ediblər.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Sonda müxtəlif idman növləri və proqramları üzrə normativləri yerinə yetirən iştirakçılar Baş İdarənin fəxri fərmanı ilə təltif edilib.
Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur
Günəbaxan sahələrində məhsuldarlıq artıb
Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub