×
A
A
A
Sazlamalar

Fudokan karate-do üzrə seminar keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

Heydər Əliyev Mərkəzinin 10 illiyi münasibətilə fudokan karate-do idman növü üzrə ustad dərsləri keçirilib.
Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, seminarda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, vitse-prezidentlər Aqil Gözəlov, Bəşir Mahmudov, məşqçi korpusu və 100-dən çox fudokançı iştirak edib.
Sonda idmançılara ustad dərsində iştirak etdiklərinə görə sertifikatlar təqdim edilib.

İdman 2022-08-07 16:13:00