×
A
A
A
Sazlamalar

MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır

Bakı, 7 avqust, AZƏRTAC

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.
Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Ordu 2022-08-07 13:08:00