×
A
A
A
Sazlamalar

Boccia üzrə Azərbaycan yığması Niderlandda “World Challenger” turnirinin qalibi olub

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycanın Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə millisi Niderlandın Veldhoven şəhərində keçirilən “World Challenger” turnirinin komanda yarışlarının qalibi olub.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, millimiz qrup mərhələsində Sloveniya və Böyük Britaniyanı məğlub edərək lider kimi yarımfinala vəsiqə qazanıb.
Yarımfinal qarşılaşmasında Türkiyə komandasını məğlub edən millimiz finalda Ukraynaya qalib gələrək turnirin qızıl medalını qazanıb.
Komanda yarışlarında ölkəmizi Zaur Veysəlov və Nərmin Ağayeva təmsil ediblər.
Qeyd edək ki, 7 idmançı ilə turnirə qatılan komandamız 3 qızıl və 3 bürünc medal qazanıb.

İdman 2022-08-06 21:13:00