Əməkdar artist Azad Şükürovla görüş təşkil olunub
Bakı, 6 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində aktyor, bədii qiraət ustası, Əməkdar artist Azad Şükürovla görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə sevimli sənətkarımızın həyat və yaradıcılığına həsr olunan videoçarx, eləcə də rol aldığı tamaşalardan parçalar nümayiş olunub. Azad Şükürov həmçinin maraqlı mövzularda fikirlərini bölüşərək, ifa etdiyi şeirlərlə maraqlı ovqat yaradıb.
Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Ağdam "Şur" ansamblının rəhbəri, Əməkdar mədəniyyət işçisi Fərhad Əliyev, Neft milyonçusu Ağa Musa Nağıyevin nəvəsi, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nüşabə Ələkbərova və digər qonaqlar iştirak ediblər.
Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov tərəfindən qonağa fəxri fərman təqdim olunub.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir