×
A
A
A
Sazlamalar

Altı ayda Oğuzda 196 uşaq dünyaya gəlib

Oğuz, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin birinci yarısında Oğuz rayonunun əhalisi 92 nəfər artaraq iyulun 1-i vəziyyətinə 45 min 323 nəfərə çatıb. Onlardan 7 min 533 nəfəri və ya 16,6 faizi şəhərdə, 37 min 790 nəfəri və ya 83,4 faizi kənd yerlərində yaşayır. Əhalinin 22 min 888 nəfərini kişilər, 22 min 435 nəfərini qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin birinci yarısında Oğuz rayonunda 196 uşaq dünyaya gəlib. Hesabat dövrü ərzində rayonda 121 ölüm halı qeydə alınıb.
Altı ayda Qeydiyyat şöbəsi tərəfindən Oğuz rayonunda 99 nikah və 21 boşanma halı rəsmiləşdirilib.

Regionlar 2022-08-06 18:36:00