Azərbaycan Dövlət İqtisad Universitetində təkrar ali təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 1-dək uzadılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bakalavriat pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.
Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir
Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub
Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib
Azərbaycanlı alimlər riyaziyyata dair yeni elmi araşdırmalar aparıblar